Gürcüstanda müxalifət partiyasının baş ofisinə silahlı hücum olub

Gürcüstanda müxalifət partiyasının baş ofisinə silahlı hücum olub
# 17 mart 2021 14:20 (UTC +04:00)

Gürcüstanın müxalif Vahid Milli Hərəkat partiyasının baş ofisinə silahlı hücum olub.

APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi xəbərə görə, insident bir neçə dəqiqə əvvəl baş verib.

Məlumata görə, silahlı şəxs “Toyota” markalı avtomobilindən Vahid Milli Hərəkat partiyasının sədri Nika Melianın şəklinin yer aldığı lövhəyə beş əl atəş açıb.

Silahlı insident zamanı xəsarət alanın olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR