Gürcüstanda pandemiyaya görə tətbiq edilən bəzi məhdudiyyətlər ləğv edilir

Gürcüstanda pandemiyaya görə tətbiq edilən bəzi məhdudiyyətlər ləğv edilir
# 18 mart 2021 15:20 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbi ilə tətbiq edilən bəzi məhdudiyyətlər ləğv edilir.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, sabahdan restoranlarda canlı musiqiyə, aprelin 1-dən isə uşaq əyləncə mərkəzlərinin və kinoteatrların fəaliyyətinin bərpasına icazə veriləcək.

Bundan başqa, martın 28-də Gürcüstan-İspaniya futbol matçının keçiriləcəyi stadionunun 30 faizədək azarkeşlərlə doldurulmasına icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR