Gürcüstanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişi qəbul edilib

Gürcüstanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişi qəbul edilib
# 29 iyun 2020 13:22 (UTC +04:00)

Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişi layihəsini üçüncü oxunuşda qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün keçirilən səsvermədə parlamentin 117 üzvü dəyişikliyin lehinə, 3 üzv isə əleyhinə səs verib.

Müxalif “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan” partiyaları səsvermədə iştirak etməkdən imtina edib.

Düzəlişə əsasən, 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq, seçki baryeri isə 1% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR