Gürcüstanda son sutkada 1 696 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Gürcüstanda son sutkada 1 696 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb
# 30 oktyabr 2020 10:47 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 696 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 37 263 nəfərə, ölənlərin sayı 285 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 19 810 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR