Gürcüstanda son sutkada 1162 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada  1162 nəfər koronavirusa yoluxub
# 18 oktyabr 2020 11:04 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1162 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 17 477 nəfərə, ölənlərin sayı 136 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6300 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 8060 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR