Gürcüstanda son sutkada 147 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 147 nəfər koronavirusa yoluxub
# 22 fevral 2021 10:50 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 147 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 268 502, ölənlərin sayı isə 3 447 nəfərə çatıb.

Virusa yoluxanlardan 262 244 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR