Gürcüstanda son sutkada 165 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 165 nəfər koronavirusa yoluxub
# 15 fevral 2021 10:46 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 165 yoluxma halı qeydə alınıb,11 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 265 722, ölənlərin sayı isə 3 363 nəfərə çatıb.

Virusa yoluxanlardan 258 732 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR