Gürcüstanda son sutkada 2 401 nəfər koronavirusa yoluxub, 20 nəfər ölüb

Gürcüstanda son sutkada 2 401 nəfər koronavirusa yoluxub, 20 nəfər ölüb
# 05 noyabr 2020 11:04 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 401 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 49 218 nəfərə, ölənlərin sayı isə 401 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 33 459 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR