Gürcüstanda son sutkada 2 970 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 2 970 nəfər koronavirusa yoluxub
# 10 noyabr 2020 11:00 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 970 yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 63 650 nəfərə, ölənlərin sayı isə 521 nəfərə çatıb.

Virusa yoluxanlardan 47 390 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR