Gürcüstanda son sutkada 218 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Gürcüstanda son sutkada 218 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
# 22 sentyabr 2020 10:58 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 218 yoluxma halı qeydə alınıb, 2 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 3 913 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 988 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Koronavirusa yoluxanlardan 1 574 nəfərin sağaldığı, 22 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR