Gürcüstanda son sutkada 3 216 nəfər koronavirusa yoluxub, 37 nəfər ölüb

Gürcüstanda son sutkada 3 216 nəfər koronavirusa yoluxub, 37 nəfər ölüb
  • Clock-gray 10:59
  • calendar-gray 30 Noyabr 2020

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 216 yoluxma halı qeydə alınıb, 37 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 135 584 nəfərə, ölənlərin sayı isə 1 267 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 113 986 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər