Gürcüstanda son sutkada 3064 nəfər koronavirusa yoluxub, 42 nəfər ölüb

Gürcüstanda son sutkada 3064  nəfər koronavirusa yoluxub, 42 nəfər ölüb
# 22 dekabr 2020 10:56 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 064 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 212 526, ölənlərin sayı isə 2 182 nəfərə çatıb.

Virusa yoluxanlardan 188 408 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR