Gürcüstanda son sutkada 362 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 362 nəfər koronavirusa yoluxub
# 25 fevral 2021 10:59 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 362 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 269 800, ölənlərin sayı isə 3 475 nəfərə çatıb.

Virusa yoluxanlardan 263 727 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR