Gürcüstanda son sutkada 373 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 373 nəfər koronavirusa yoluxub
  • Clock-gray 10:47
  • calendar-gray 27 Fevral 2021

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 373 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 270 510, ölənlərin sayı isə 3 499 nəfərə çatıb.

Virusa yoluxanlardan 264 589 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər