Gürcüstanda son sutkada 4 780 nəfər koronavirusa yoluxub, 37 nəfər ölüb

Gürcüstanda son sutkada 4 780 nəfər koronavirusa yoluxub, 37 nəfər ölüb
  • Clock-gray 11:00
  • calendar-gray 27 Noyabr 2020

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 780 yoluxma halı qeydə alınıb, 37 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 123 470 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1 161 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 102 270 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər