Gürcüstanda son sutkada 45 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutkada 45 nəfər koronavirusdan ölüb
# 03 dekabr 2020 10:59 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 260 yoluxma halı qeydə alınıb, 45 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 147 636 nəfərə, ölənlərin sayı isə 1 387 nəfərə çatıb.

Virusa yoluxanlardan 124 568 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR