Gürcüstanda son sutkada 486 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 486 nəfər koronavirusa yoluxub
# 17 fevral 2021 11:03 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 486 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 266 948, ölənlərin sayı isə 3 390 nəfərə çatıb.

Virusa yoluxanlardan 259 727 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR