Gürcüstanda son sutkada 499 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 499 nəfər koronavirusa yoluxub
# 01 aprel 2021 10:58 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 499 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 282 260, ölənlərin sayı isə 3 785 nəfərə çatıb. Virusa yoluxanlardan 273 604 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR