Gürcüstanda son sutkada 513 nəfər COVID-19-a yoluxub

Gürcüstanda son sutkada 513 nəfər COVID-19-a yoluxub
  • Clock-gray 10:45
  • calendar-gray 10 Mart 2021

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 513 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 273 650, ölənlərin sayı isə 3 613 nəfərə çatıb.

Virusa yoluxanlardan 267 111 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər