Gürcüstanda son sutkada 551 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb

Gürcüstanda son sutkada 551 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb
  • Clock-gray 10:57
  • calendar-gray 11 Yanvar 2021

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 551 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  239 780, ölənlərin sayı isə 2 796 nəfərə çatıb.

Virusa yoluxanlardan 226 215 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər