Gürcüstanda son sutkada 578 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 578 nəfər koronavirusa yoluxub
# 19 aprel 2021 10:48 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 578 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 295 936, ölənlərin sayı isə 3 949 nəfərə çatıb. Virusa yoluxanlardan 281 574 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR