Gürcüstanda son sutkada 676 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb

Gürcüstanda son sutkada 676 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb
# 30 yanvar 2021 10:46 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 676 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 257 632, ölənlərin sayı isə 3 159 nəfərə çatıb.

Virusa yoluxanlardan 248 537 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR