Gürcüstanda son sutkada 688 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb

Gürcüstanda son sutkada 688 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb
# 03 fevral 2021 10:47 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 688 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 259 897, ölənlərin sayı isə 3 221 nəfərə çatıb.

Virusa yoluxanlardan 251 077 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR