Gürcüstanda son sutkada koronavirusa 1 738 yoluxma qeydə alınıb, 38 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 1 738 yoluxma qeydə alınıb, 38 nəfər ölüb
# 30 dekabr 2020 10:57 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 738 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 225 893, ölənlərin sayı isə 2 481 nəfərə çatıb.

Virusa yoluxanlardan 210 445 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR