Gürcüstanda son sutkada koronavirusa 1337 nəfər yoluxub, 49 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 1337 nəfər yoluxub, 49 nəfər ölüb
# 14 dekabr 2020 10:58 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1337 yoluxma halı qeydə alınıb, 49 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 191 063, ölənlərin sayı isə 1 839 nəfərə çatıb.

Virusa yoluxanlardan 161 681 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR