Gürcüstanda son sutkada koronavirusa 1612 yoluxma qeydə alınıb, 28 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 1612 yoluxma qeydə alınıb, 28 nəfər ölüb
# 07 yanvar 2021 11:02 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 612 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 235 491, ölənlərin sayı isə 2 694 nəfərə çatıb.

Virusa yoluxanlardan 223 695 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR