Gürcüstanda son sutkada koronavirusa 171 yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 171 yoluxma qeydə alınıb
# 29 mart 2021 10:49 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 171 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 280 472, ölənlərin sayı isə 3 765 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 272 601 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR