Gürcüstanda son sutkada koronavirusa 2 012 yoluxma qeydə alınıb, 25 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 2 012 yoluxma qeydə alınıb, 25 nəfər ölüb
# 29 dekabr 2020 10:58 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 012 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 224 155, ölənlərin sayı isə 2 443 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 208 951 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR