Gürcüstanda son sutkada koronavirusa 342 nəfər yoluxub, 44 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 342 nəfər yoluxub, 44 nəfər ölüb
# 02 yanvar 2021 11:20 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 342 yoluxma halı qeydə alınıb, 44 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 228 752 , ölənlərin sayı isə 2 572 nəfərə çatıb.

Virusa yoluxanlardan 217 973 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR