Gürcüstanda son sutkada koronavirusa 3759 nəfər yoluxub, 36 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 3759 nəfər yoluxub,  36 nəfər ölüb
  • Clock-gray 10:57
  • calendar-gray 01 Dekabr 2020

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 759 yoluxma halı qeydə alınıb,  36 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 139 342 nəfərə, ölənlərin sayı isə 1 303 nəfərə çatıb.

Virusa yoluxanlardan 117 560 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər