Gürcüstanda son sutkada koronavirusa 4 673 nəfər yoluxub, 36 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 4 673 nəfər yoluxub, 36 nəfər ölüb
  • Clock-gray 10:56
  • calendar-gray 08 Dekabr 2020

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 673 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

 Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 169 649, ölənlərin sayı isə 1576 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 141 392 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər