Gürcüstanda son sutkada koronavirusa 4146 nəfər yoluxub, 38 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 4146 nəfər yoluxub, 38 nəfər ölüb
# 11 dekabr 2020 11:00 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4146 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 183 099, ölənlərin sayı isə 1 694 nəfərə çatıb.

Virusa yoluxanlardan 150 461 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR