Gürcüstanda son sutkada koronavirusa 529 yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 529 yoluxma qeydə alınıb
# 02 aprel 2021 10:51 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 529 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 282 789, xəstəlikdən ölənlərin sayı isə 3 798 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 273 930 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR