Gürcüstanda son sutkada koronavirusdan 10 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 10 nəfər ölüb
# 22 mart 2021 10:46 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 170 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 277 650, ölənlərin sayı isə 3 710 nəfərə çatıb.

Virusa yoluxanlardan 270 369 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR