Gürcüstanda son sutkada koronavirusdan 23 nəfər ölüb

Gürcüstanda son  sutkada koronavirusdan 23 nəfər ölüb
# 01 yanvar 2021 12:12 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 990 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 228 410 , ölənlərin sayı isə 2 528 nəfərə çatıb.

Virusa yoluxanlardan 214 992 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR