Gürcüstanda son sutkada koronavirusdan 9 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 9 nəfər ölüb
# 07 mart 2021 10:53 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 234 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 272 851 nəfərə, ölənlərin sayı isə 3 576 nəfərə çatıb.

Virusa yoluxanlardan 266 693 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR