Gürcüstanda tam karantin elan edilməyəcək

Gürcüstanda tam karantin elan edilməyəcək
# 29 dekabr 2020 11:42 (UTC +04:00)

Gürcüstanda tam karantin elan edilməsi planlaşdırılmır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində piyadaların və ya avtomobillərin hərəkətə məhdudiyyət tətbiq edilməyəcək.

Baş nazir qeyd edib ki, ölkədə yalnız dekabrın 24-də fəaliyyətlərini müvəqqəti bərpa etmələrinə icazə verilən ticarət obyektlərinin fəaliyyəti məhdudlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR