Gürcüstanda təhsil müəssisələrində sanitar nəzarət gücləndirilib

Gürcüstanda təhsil müəssisələrində sanitar nəzarət gücləndirilib
# 27 fevral 2020 12:59 (UTC +04:00)

Gürcüstanda təhsil müəssisələrində sanitar nəzarət gücləndirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təhsil müəssisələrində tədrisin dayandırılmasına dair heç bir tövsiyə verilməyib.

“Xüsusilə, şagirdlərin sağlamlığının, təhsil prosesinin səmərəliliyinin və məktəblərdə sanitar mühitin yaxşılaşdırılması üçün Nazirliyin sanitariya və gigiyena tələbləri daha da sərtləşdiriləcək. Hər hansı bir fəsadın qarşısını almaq üçün yerli resurs mərkəzləri tərəfindən məktəblərdə sanitar nəzarət prosesi gücləndiriləcək”, – deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR