Gürcüstanda xarici tələbələr karantin və “PZR” testi xərclərini özləri ödəyəcəklər

Gürcüstanda xarici tələbələr karantin və “PZR” testi xərclərini özləri ödəyəcəklər
# 10 sentyabr 2020 11:14 (UTC +04:00)

Gürcüstana daxil olan xarici tələbələr məcburi karantin və “PZR” testinin xərclərini özləri ödəyəcəklər.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş naziri Giorgi Qaxaria fərman imzalayıb. Fərmanda qeyd olunub ki, Gürcüstana daxil olmaq istəyən tələbələr “stopcov.ge” internet saytında "Gürcüstana daxil olan xarici tələbələrin qeydiyyat forması" adlı xüsusi müraciət formasını dolduraraq, Gürcüstana daxil olmaq üçün qeydiyyatdan keçməlidirlər.

Bundan sonra Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən Gürcüstana daxil olmaq üçün razılıq və ya imtina cavabı alacaqlar.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən Gürcüstana giriş icazəsi alan xarici tələbələrin karantindən keçməsi tələb olunacaq.

Xarici tələbələr məcburi karantin dövrü bitdikdən sonra PZR testindən keçiriləcəklər. Qeyd olunub ki, bu tələblərin pozulması Gürcüstan qanunlarına görə məsuliyyətə səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR