Gürcüstandan daha 119 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Gürcüstandan daha 119 Azərbaycan vətəndaşı təxliyə ediləcək
  • Clock-gray 18:27
  • calendar-gray 18 Avqust 2020

Sabah Gürcüstandan daha 320 nəfər Azərbaycana təxliyə ediləcək.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 119-u Azərbaycan, qalanları isə Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşlarıdır. 

Təxliyə edilənlər avqustun 18-də Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək.

Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar avqustun 19-da saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış avtobuslarla “Sınıq Körpü” sərhəd keçid məntəqəsinə yola salınacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar.

Səid Babazadə

Digər xəbərlər