Gürcüstanın Avropa İttifaqındakı missiyasının rəhbəri istefa verib

Gürcüstanın Avropa İttifaqındakı missiyasının rəhbəri istefa verib
# 21 mart 2021 13:21 (UTC +04:00)

Gürcüstanın Belçika və Lüksemburqdakı səfiri, ölkənin Avropa İttifaqındakı missiyasının rəhbəri Natalya Sabanadze istefa verib.

APA-nın xəbərinə görə, N. Sabanadze bu barədə “Facebook” səhifəsində yazıb.

Gürcüstan xarici işlər naziri David Zalkaliani artıq istefanı qəbul edib.

N. Sabanadze istefasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, N.Sabanadze 2013-cü ilin mayında Gürcüstanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqındakı missiyanın rəhbəri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR