Gürcüstanın Baş naziri müxalifət liderinin həbsinə münasibət bildirib

Gürcüstanın Baş naziri müxalifət liderinin həbsinə münasibət bildirib
# 23 fevral 2021 11:39 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbsinə görə daxili işlər naziri Vaxtanq Qomelauriyə təşəkkür edib.

APA-nın yerli bürosu xəbər verir ki, Baş nazir müxalif liderin həbsinin Gürcüstanın qanunla idarə olunan güclü dövlət olduğunu göstərdiyini qeyd edib.

“Hökumət adından mən daxili işlər naziri Vaxtanq Qomelauriyə təşəkkür edirəm, çünki onlar dövləti və stabilliyi ləyaqətlə qorudular. Mən bir daha hər kəsə xatırlatmaq istərdim ki, biz qanunlarla idarə olunan güclü dövlətik. Güclü və effektiv Daxili İşlər Nazirliyimiz var”, - deyə baş nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR