Gürcüstanın İqtisadiyyat naziri koronavirusa yoluxub

Gürcüstanın İqtisadiyyat naziri koronavirusa yoluxub
  • Clock-gray 17:21
  • calendar-gray 03 Noyabr 2020

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnavanın koronavirus testinin cavabı pozitiv çıxıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir özünü yaxşı hiss edir və müalicəsinə evdə davam edir.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın da koronavirusa yoluxması təsdiqlənib.

Səid Babazadə

Digər xəbərlər