Gürcüstanın Ukraynadakı səfiri geri çağırılıb

Gürcüstanın Ukraynadakı səfiri geri çağırılıb
# 08 may 2020 11:13 (UTC +04:00)

Gürcüstan Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni geri çağırıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin qərarına əsasən səfir T. Şaraşenidze siyasi məsləhətləşmələrin aparılması üçün Tbilisiyə çağırılıb.

“Saakaşvilinin daha aşağı vəzifəyə - Milli İslahat Komitəsinin İcra Komitəsinin sədri vəzifəsinə təyin edilməsi Ukrayna siyasi spektrinin, xüsusilə də parlament çoxluğunun onun şəxsiyyətinə qarşı skeptik münasibətini göstərir. Bizim fikrimizcə burada Gürcüstanın Ukraynanın strateji tərəfdaşı olması nəzərə alınıb. Gürcüstan Ukrayna ilə diplomatik əlaqələri kəsmək və ya strateji münasibətlərini bir daha gözdən keçirməyi düşünmür, lakin Gürcüstanda məhkum edilən və axtarışa verilən şəxsin Ukraynada vəzifəyə təyin edilməsi bir sıra suallar doğurur”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, ötən gün Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M. Saakaşvili Ukrayna prezidentinin qərarına əsasən, Ukrayna Milli İslahat Komitəsinin İcra Komitəsinin sədri vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR