Gürcüstanın avtomobil ixracının 55.8 faizi Azərbaycanın payına düşür

Gürcüstanın avtomobil ixracının 55.8 faizi Azərbaycanın payına düşür
# 22 mart 2021 10:57 (UTC +04:00)

2021-ci ilin yanvar-fevral ayları ərzində Gürcüstanın minik avtomobili ixracı illik ifadədə 52.5% azalaraq 49 976.7 min ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, bu il avtomobil ixracının ölkənin ümumi ixracındakı payı 10.1% təşkil edib.

2020-ci ilin ilk iki ayı ərzində isə Gürcüstan 105 105.6 min. dollar dəyərində avtomobil ixrac edib. Bu ilin ilk iki ayı ərəzində Gürcüstan Azərbaycana minik avtomobili ixracının dəyəri 27 906.1 min dollar təşkil edib. Beləliklə, bu il Gürcüstanın avtomobil ixracının 55.8%-i Azərbaycanın payına düşüb.

Qeyd edək ki, bu il Gürcüstanın Azərbaycana avtomobil ixracı illik müqayisədə 2.3 dəfə azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR