Gürcüstanın böyük şəhərlərində sərbəst hərəkətə məhdudiyyət tətbiq ediləcək

Gürcüstanın böyük şəhərlərində sərbəst hərəkətə məhdudiyyət tətbiq ediləcək
  • Clock-gray 14:57
  • calendar-gray 07 Noyabr 2020

Noyabrın 9-dan Gürcüstanın Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Poti şəhərlərində saat 22:00-dan 05:00-dək piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini Maya Tskitişvili keçirdiyi brifinqdə məlumat verib.

O qeyd edib ki, epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlər komendant saatı deyil. Onun sözlərinə görə, məhdudiyyət beynəlxalq yük daşımalarına, əczaçılıq şirkətlərinə şamil edilməyəcək. Qaydanı pozan fiziki şəxslərin 2000 lari (1000 manat), hüquqi şəxslər isə 10000 lari (5 min manat) cərimə ediləcəyi bildirilib. 

Qeyd edək ki, son sutka ərzində Gürcüstanda 2 859 nəfərin koronavirusa yoluxması təsdiqlənib, 18 nəfər ölüb.

Səid Babazadə

Digər xəbərlər