Gürcüstanın hakim partiyasına yeni sədr seçilib

Gürcüstanın hakim partiyasına yeni sədr seçilib
  • Clock-gray 14:35
  • calendar-gray 16 Yanvar 2021

Gürcüstanın sabiq parlament sədri İrakli Kobaxidze hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının sədri seçilib.

APA-nln yerli bürosu xəbər verir ki, qərar partiyanın bu gün keçirilən qurultayında qəbul edilib. 

İrakli Kobaxidze göstərilən etimada görə partiya üzvlərinə təşəkkür edib.

Qurultayda hakim partiyanın 21 nəfərdən ibarət Siyasi Şurasının tərkibi də təsdiqlənib.

Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qurucusu və sabiq sədri, milyarder Bidzina İvanişvili yanvarın 11-də siyasi fəaliyyətini tərk etdiyini, partiya sədrliyindən və üzvlükdən istefa verdiyini açıqlayıb.

Səid Babazadə

Digər xəbərlər