Gürcüstanın sabiq Baş Naziri azadlığa buraxılıb

Gürcüstanın sabiq Baş Naziri azadlığa buraxılıb
# 20 fevral 2020 10:09 (UTC +04:00)

Gürcüstanın həbsdə olan sabiq Baş Naziri Vano Merabişvili bu gün azadlığa buraxılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, 7 illik həbs müddəti başa çatan sabiq nazir saxlanıldığı Matrosov həbsxanasından azadlığa buraxılıb.

V. Merabişvilini həbsxananın qarşısında tərəfdarları qarşılayıb.

Qeyd edək ki, V. Merabişvili 2013-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə həbs edilib. O, 2011-ci ildə Sandro Qirqvlianinin qətlinə dair dəlilləri gizlətməkdə, Valeri Gelaşviliyə qarşı fiziki hücumda, Kvariati malikanəsinin qarəti və bir sıra digər cinayətlərdə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR