Hayko Maas ABŞ-ın qoşunlarını Almaniyadan çıxarması ilə bağlı məlumata münasibət bildirib

Hayko Maas ABŞ-ın qoşunlarını Almaniyadan çıxarması ilə bağlı məlumata münasibət bildirib
# 16 iyun 2020 16:11 (UTC +04:00)

“ABŞ-ın Almaniyadan qoşunlarını çıxarması ilə bağlı hər hansı ətraflı məlumat almamışıq”.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas Varşavaya səfəri zamanı deyib.

H. Maas bildirib ki, Almaniyanın və ABŞ-ın müdafiəsi üçün ABŞ əsgərlərinin Almaniya torpaqlarında olması vacibdir.

Qeyd edək ki, iyunun əvvəllərində ABŞ prezidenti Donald Trampın Pentaqona Almaniyada yerləşdirilən ABŞ qoşunlarının sayının azaldılması ilə əlaqədar tapşırıq verməsi ilə bağlı məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR