Hollandiyada həmkarlar ittifaqı həftəlik iş vaxtının 30 saata endirilməsini tələb edir

Hollandiyada həmkarlar ittifaqı həftəlik iş vaxtının 30 saata endirilməsini tələb edir
  • Clock-gray 06:30
  • calendar-gray 16 Dekabr 2019

 

Hollandiyanın ən nüfuzlu həmkarlar ittifaqından biri olan Xristian Həmkarlar İttifaqları Konfederasiyası (CNV) ölkədə həftəlik ümumi iş vaxtını 30 saata endirilməsini, eyni zamanda maaşların azaldılmamasını tələb edir.

APA BBC-yə istinadən xəbər verir ki, CNV Prezidenti Piet Fortuin danışıqlarda həftəlik iş vaxtının 30 saata endirilməsi üçün səy göstəriləcəyini bildirib.

Həmkarlar ittifaqı hesab edir ki, iş vaxtının azaldılması əmək məhsuldarlığını artıracaq.

Qeyd edək ki, Hollandiyanın 100 illik tarixə malik və ən böyük həmkarlar ittifaqlarından biri olan CNV bundan əvvəl həftəlik iş vaxtını 40 saatdan 38-ə, növbəti kollektiv müqavilədə isə 36-ya endirilməsinə nail olub.

Yerli "De Telegraaf" qəzetinə danışan P.Fortuin, "işçilərin iş yükü çoxdur" deyib və nəticədə, onların stress vəziyyətinə düşdüyünü qeyd edib.

Birliyin araşdırmasına görə, işçilərin 54 faizi iş yükünün ağır olduğundan əziyyət çəkir, 16 faizi isə "tükənmə sindromu" ilə üzləşir.

Hollandiya Statistika İnstitutunun məlumatına görə, 2018-ci ildə 1,3 milyon işçi tükənmə problemi ilə üzləşib. Bu isə öz növbəsində iqtisadiyyata 2,8 milyard avroluq ziyan vurub.

Xatırladaq ki, 30 saatlıq iş həftəsi rejimi ilk dəfə İsveçdə həyata keçirilib.

Gothenburg şəhərindəki qocalar evində 6 saatlıq iş günü olmaqla 5 günlük iş həftəsi tətbiq edilib. Nəticədə işçilərin əmək məhsuldarlığı artıb.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date